Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb.
Kulis.az xəbər verir ki, sərgidə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsində qazanılan qələbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi strategiyası, Milli Ordumuzun rəşadəti və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.