"PlayersTime" təşkilatının 2026-cı il hesabatına əsasən, İstanbuldakı Topqapı Sarayı 64,63 dollarlıq giriş haqqı ilə dünyanın ən baha girişi olan sarayı olub.
"Euronews"un verdiyi xəbərə görə, Osmanlı sultanlarının bu tarixi iqamətgahı Versal və Vindzor kimi məşhur sarayları geridə qoyaraq, dünyanın ən baha 10 turistik məkanı siyahısında 7-ci yerdə qərarlaşıb.
Dünyanın ən yüksək giriş haqqı tələb edən turistik nöqtəsi Çilidəki Pasxa adasının Moai heykəlləri (102,92 dollar) olduğu halda, ən ucuz analoji məkan Qahirədəki Misir Muzeyidir (3,86 dollr).
Araşdırma həmçinin göstərir ki, ümumi reytinqdə ən baha kateqoriyanı müşahidə qüllələri təşkil edir, lakin artan qiymətlərə rəğmən qlobal turizmə olan tələb hələ də yüksəkdir.