Tolstoyun bu əsəri hərraca çıxarıldı

Lev Tolstoy, rus yazıçı

Lev Tolstoy, rus yazıçı

25 iyun 2025
# 11:00

Rus yazıçısı Lev Tolstoyun "Uşaqlıq və yeniyetməlik” əsərinin 1856-cı ilə aid olan və cəmi iki nüsxədən biri sayılan ilk nəşrlərindən biri "Litfond" auksion evində 500 min rubl start qiyməti ilə hərraca çıxarılacaq.


Kulis.az xəbər verir ki, Tolstoyun bu kitabı biblioqrafik nadir tapıntı hesab olunur və qarşıdakı hərracın ən bahalı lotu olacaq.

Nikolay Leskovun "Solaxay" əsərinin birinci nüsxəsi də hərraca çıxarılan əsərlər arasındadır. Qeyd edək ki, bu nüsxə 1961-ci ildə nəşr olunub və rəssam Nikolay Kuzmin tərəfindən Nikita Xruşşova ithaf olunub.

# 227 dəfə oxunub

Müəllifin son yazıları

# # #