"Tökülən yarpaqlar"ın treyleri yayımlandı

"Tökülən yarpaqlar"ın treyleri yayımlandı
10 may 2023
# 15:30

“The Match Factory” satış agentliyi fin rejissoru Aki Kaurismakinin Kann Film Festivalında premyerası olacaq “Tökülən yarpaqlar" filminin treylerini təqdim edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu zərif tragikomediya The Match Factory şirkətinin adını daşıyan “Cənnətdəki kölgələr”, “Ariel” və “Kibritçi qız” filmlərindən sonra Kaurismakinin işçi sinifi mövzusunda çəkdiyi filmlərin dördüncüsüdür.

Film Helsinki gecəsində təsadüfən bir-biri ilə qarşılaşan iki tənha insanın (Alma Pöysti və Jussi Vatanen) hekayəsindən bəhs edir. Sonra onlar bir-birlərini yenidən tapmağa çalışırlar: həyatlarının ilk, yeganə və son sevgisini. Həyat isə maneələrlə doludur.

Xatırladaq ki, Kaurismaki yaradıcılığı boyunca çəkdiyi filmlərlə dəfələrlə beynəlxalq kateqoriyalı film festivallarında laureat olub.

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #