"Titan" haqqında film çəkilir

"Titan"  haqqında film çəkilir
30 sentyabr 2023
# 10:25

"MindRiot Entertainment" kino şirkəti "Titan" sualtı gəmisinin qəzaya uğramasından bəhs edən filmin hazırlığına başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Filmin əvvəlcə sənədli serial formasında çəkilməsi planlansa da, sonradan rədd edilib.

Filmin prodüseri Brayan Dobbins, rejissorları isə Castin Makqreqor və Conatan Keysi olacaq.

“Xilasetmə” adlı filmin faciədən əvvəlki və sonrakı dövrləri əhatə edəcək.

Qeyd edək ki, "Titanik" gəmisini görməyə gedən "Titan" sualtı qayığı qəzaya uğrayıb və ekipajda olan beş nəfər dünyasını dəyişib.

# 963 dəfə oxunub

Müəllifin son yazıları

# # #