Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı

Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı
9 yanvar 2025
# 18:02

“TikTok” əməliyyatında həbs edilən "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb.

Kulis.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazıdır.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, "Xan" ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, "Xan" ləqəbli Tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər. Lent.az

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #