“The Good Person" filminin treyleri yayımlandı

“The Good Person" filminin treyleri yayımlandı
16 dekabr 2022
# 16:40

Morgan Freeman və Florence Pugh-un baş rollarını paylaşdığı "The Good Person" filminin treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, dramın süjeti avtomobil qəzası ətrafında cərəyan edir.

Alison (Florens Pugh) adlı baş qəhrəman nişanlısının bacısının ölümünə səbəb olur. Qəza zamanı o, avtomobilində darəetməni itirir. Ölən qızın atasını Morqan Friman canlandırır.

Filmdə onlar bu ağrıdan çıxmağa və faciədən sonra dostluq etməyin yolunu tapmağa çalışırlar.


# 979 dəfə oxunub

Müəllifin son yazıları

# # #