“The Beatles”in çəkdiyi tablo 1,7 milyona satıldı

“The Beatles”in çəkdiyi tablo 1,7 milyona satıldı
5 fevral 2024
# 11:00

Britaniyanın məşhur “The Beatles” üzvlərinin çəkdiyi rəsm hərracda satılıb.

Kulis.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

“Qadın obrazları” kimi tanınan, adı olmayan sənət əsəri 1966-cı ildə tamamlanıb. Şəkil sözügedən qrupun üzvləri - Pol Makkartni, Con Lennon, Rinqo Star və Corc Harrison tərəfindən çəkilib. Əsər "Christie's" hərrac evi tərəfindən 1,7 milyon dollara satılıb.

Hərrac təşkilatçıları tablonu “The Beatles”in dörd üzvünün birlikdə illər ərzində yaratdığı yeganə əhəmiyyətli sənət əsəri adlandırıblar.

# 439 dəfə oxunub

Müəllifin son yazıları

# # #