"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar
13 oktyabr 2026
# 17:00

Bu gün fransız filosof, teoloq Nikolas Malebranşın anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Gözlərimizin görmək üçün işığa ehtiyacı olduğu kimi, zehnimizin də yaratmaq üçün ideyalara ehtiyacı var.

***

Diqqətli olmaq ruhun təbii duasıdır.

***

Mən xeyiri və həzzi sevirəm, şərə və ağrıya nifrət edirəm, xoşbəxt olmaq istəyirəm; insanların, mələklərin və hətta iblislərin də eyni meyillərə sahib olduğuna inanmaqda yanılmıram.

***

İnsan heç vaxt ona çatdığını iddia etmədən, usanmadan kamilliyə can atmalıdır.

***

Biz Tanrını tanımaq və sevmək üçün yaradılmışıq.

***

Biz rasional varlıqlarıq: bizim fəzilətimiz və kamilliyimiz ağlı sevmək, daha doğrusu, nizamı sevməkdir.

***

Təxəyyül dəli bir kirayənişindir.

***

İnsan əlinə toxunanda cənnətə toxunmuş oluram.

***

Bütün məxluqat vasitəsiz bir bağla yalnız Tanrıya bağlıdır. Onlar mahiyyət etibarilə və birbaşa Ondan asılıdırlar. Hamısı eyni dərəcədə aciz olduqlarından, bir-birlərindən qarşılıqlı asılı ola bilməzlər.

***

Ruhumuz bədənimizlə bu anlayışların adi mənasında birləşməmişdir. O, bilavasitə və birbaşa yalnız Tanrı ilə birləşmişdir.

***

Sevimli davrandığımız təqdirdə özümüzü hər zaman sevdirə bilərik, lakin fəzilətlərimiz nə qədər çox olursa-olsun, özümüzə hər zaman hörmət qazandıra bilmərik.

***

Qərəzlərdən qurtulmaq - köhnə bir paltonu əynindən çıxarmaq qədər asan deyildir.

***

Əgər imana arxalanırsınızsa, Onun haqqında həddindən artıq dərindən düşünməkdən və ya ona layiq olmayan tərzdə danışmaqdan qorxmayın. Sonsuz dərəcədə kamil varlıq anlayışına uyğun gəldiyi müddətcə, onun barəsində yanlış təsəvvürlərə qapılmaqdan çəkinməyin.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər