“Tervuren” festivalında Azərbaycan stendi

“Tervuren” festivalında Azərbaycan stendi
7 may 2025
# 09:15

“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində hər il ənənəvi keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.

Kulis.az xəbər verir ki, Belçika Krallığındakı səfirliyimizin dəstəyi ilə hazırlanan stendə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.

“Fireland” rəqs qrupunun və həmçinin Belçikada təhsil alan azərbaycanlı gənclərin rəqs nömrələri böyük maraqla qarşılanıb, festival iştirakçılarının da rəqs etməsinə səbəb olub.

Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunub. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırıb. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

# # #