"Tənha bir insanın monoloqu" adlı yeni film çəkilir

"Tənha bir insanın monoloqu" adlı  yeni film çəkilir
1 iyul 2024
# 12:25

İkinci Qarabağ müharibəsi mövzusunda növbəti film çəkilir.

Kulis.az xəbər verir ki, psixoloji dram janrında olan qısametrajlı film İkinci qarabağ müharibəsi iştirakçısından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur.

Qeyd edək ki, rejissor Emil Əfəndiyev bir çox uğurlu filmlərin rejissoru, “Alatava” serialının həmmüəllifidir. Operator Daniel Quliyev də həm rejissor, həm də operator kimi fəaliyyət göstərir. O, Almaniyada təsvir həllinə görə mükafat qazanıb.

“Tənha bir insanın monoloqu” filminin tezliklə tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #