Teleaparıcının kitabı ən yüksək mükafata layiq görüldü

Teleaparıcının kitabı ən yüksək mükafata layiq görüldü
16 may 2023
# 18:00

Teleaparıcı Davina Makkollun menopozdan bəhs edən kitabı Britaniya Kitab Mükafatlarında ən yüksək mükafatı qazanıb.

Kulis.az xəbər verir ki, Makkoll və Dr. Naomi Potter tərəfindən yazılmış "Menopoz" ilin ümumi kitabı seçilib.

"Davina effekti" adlanan bu mövzuda Kanal 4 kanalının sənədli filmindən sonra hormon əvəzedici terapiyaya (HRT) tələbatda böyük artım olub.

Nyu Yorkda səhnədə hücuma məruz qaldıqdan 9 ay sonra yazıçı Sir Salman Rüşdi də mükafatlandırılıb. O, "Nəşr etmək azadlığı" mükafatını qazanıb.

Yazıçı qəbul nitqində "Biz elə bir zamanda yaşayırıq ki, məncə, Qərb ölkələrində mənim həyatımda ifadə azadlığı, nəşr etmək azadlığı bu qədər təhlükə altında olmayıb" , - deyə bildirib.

Xatırladaq ki, o, 1988-ci ildə yazdığı "Şeytan ayələri" romanına görə uzun müddət ölüm təhdidləri ilə üzləşib.

# 878 dəfə oxunub

Müəllifin son yazıları

# # #