Tehran rejimi Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində “Şəhriyar” tamaşasının sonadək oynanılmasına icazə verməyib.
Kulis.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, buna səbəb teatr kollektivi aktyorlarından birinin xəsarət alması olub. Halbuki, mühafizəkar simalardan bəziləri tamaşada qadınların Azərbaycan rəqsini ifa etməsinə etiraz edərək teatra qarşı mübarizə aparılmasını tələb ediblər.
- Daşkənddə keçirilən uşaq bayramında biz də varıq
- Nicat Məmmədov: “Hekayəti-real” Ən qısa hekayə
- Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub
Tamaşanın ləğvindən sonra media və fəallar bildiriblər ki, Urmu şəhər Mədəniyyət və İrşad İdarəsinin rəisi Əlirza Novruzi həmin mühafizəkarların bu əməlinə dəstək verib.