Təbrizdə şagirdləri Azərbaycan dilində mahnı oxuyan məktəb bağlana bilər

Təbrizdə şagirdləri Azərbaycan dilində mahnı oxuyan məktəb bağlana bilər
25 fevral 2025
# 01:29

Təbrizdə şagirdləri Azərbaycan dilində mahnı oxuyan məktəb bağlana bilər.

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ana Dili Günündə Təbrizdəki ticarət mərkəzlərinin birində şagirdlər Azərbaycan dilində mahnılar ifa etmişdi.

MOUZE Telegram kanalının yazdığına görə, şagirdlərin təhsil aldığı "Kara" məktəbinin müdiri və müəllimlər Ettalatın Təbriz İdarəsinə çağırılıb.

Onlara məktəbin fəaliyyəti üçün verilmiş lisenziyanın ləğv oluna biləcəyi deyilib.

Məktəb rəhbərliyinə gələcəkdə bu cür tədbirlərin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günündə təbrizli şagirdlər “Daşlı qala”, “Sudan gələn sürməli qız” və digər Azərbaycan mahnılarını ifa etmişdi.

# 143 dəfə oxunub

Müəllifin son yazıları

# # #