Teatrlar kommunal xərclərdən azad olunacaq?

Teatrlar kommunal xərclərdən azad olunacaq?
11 aprel 2023
# 12:20

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib.

Kulis.az APA-ya istinafdən xəbər verir ki, bu təklifi Teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

"Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Amma indi vəziyyət dəyişib. Buna görə Adil Kərimliyə təşəkkür edirəm", - o bildirib.

Teatrşünas teatrların kommunal ödənişlərdən azad olunmasını da təklif edib.

O, özəl müəssisələrdə adicə mühafizəçilərin Xalq artistlərindən iki-üç artıq maaş aldığını, bunun yolverilməz olduğunu vurğulayıb. Teatrşünas nazir müavini Adil Kərimlidən teatr jurnalının təsis edilməsini, həmçinin yüksək qonorar verilməsini də xahiş edib.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #