Teatr Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Teatr Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi
15 yanvar 2026
# 16:20

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin əməkdaşı Türkan Əliyevanın məruzəsi dinlənilib. O, çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşətli hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Tədbirdə 20 Yanvar faciəsini bütün təfərrüatı ilə əks etdirən videoçarx, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə çəkilmiş və Azərbaycan dənizçilərinin qəhrəmanlığına həsr olunmuş “20 yanvarda doğulanlar” bədii-sənədli filmi nümayiş olunub.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər