Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı
30 noyabr 2024
# 11:15

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb.

Kulis.az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, “Azerbaijani Business Association Georgia”nın idarə heyətinin sədri və üzvləri, Türkiyədən qonaqlar iştirak ediblər.

Sərgidə Qarabağ və Borçalı xalçaçılığı nümayiş etdirilir.

Qeyd edək ki, sərgi üç gün davam edəcək.

# 439 dəfə oxunub

Müəllifin son yazıları

# # #