Musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni Taylor Svift yeni rekord qırıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənni bu dəfə tarixdə "Top 10'"da ən çox mahnı ilə yer alan qadın sənətçi seçilib.
Son albomu “Midnights”la dünyaya səs salan Qremmi mükafatlı müğənni hazırda "Eras" turu ilə gündəmdədir.
O, 2024-cü ildə Avropada pərəstişkarları ilə görüşməyə hazırlaşır.
"Eras" turunun beynəlxalq mərhələsi bu ilin avqustunda Mexikoda başlayacaq. Svift noyabrdan fevral ayına kimi istirahət edəcək, daha sonra Yaponiya, Avstraliya və Sinqapura səfər edəcək.