Tatarıstanın əməkdar artisti Nikolay Konovalov 46 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, müğənninin ölüm səbəbləri açıqlanmır.
Konovalov Kazan Şəhər Filarmoniyasının solisti işləyib. “Konovalov Nikolay Anatolyeviç səhnəmizin ən populyar və sevimli sənətkarlarından biri idi. O, geniş diapazonlu heyrətamiz səsi ilə insanların sevimlisinə çevrilimişdi"deyə Filarmoniyadan bildirilib.
Kazanda sənətçi ilə vida mərasimi keçirilib.