Tatar şairinin “İsti ürək, buzlu yol...” kitabı Bakıda işıq üzü gördü

Tatar şairinin “İsti ürək, buzlu yol...”  kitabı Bakıda işıq üzü gördü
20 noyabr 2025
# 18:12

Tatarıstanın tanınmış şairi, publisisti və filoloq-alimi Lenar Şeyxin “İsti ürək, buzlu yol…” adlı yeni şeirlər kitabı Bakıda çap olunub.

Kulis.az xəbər verir ki, kitab Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) birgə layihəsi əsasında nəşr olunub.

Bu nəşr Lenar Şeyxin Azərbaycanda çıxan ilk kitabıdır və çağdaş tatar poeziyasının ruhunu, lirizmini, milli yaddaşını oxuculara təqdim edir.

Kitabda sevgi, gənclik duyğuları, vətəndaş səsi, həmçinin Türk dünyasının ortaq ağrıları və ümidləri poetik dillə ifadə olunur.

Layihənin məsləhətçiləri İsmət Orucəliyev və Arzu Bağırova, rəyçisi İntiqam Yaşar, koordinatoru Nilufər Lətif Abbasdır. Şeirləri dilimizə tatarca və ruscadan Afaq Şıxlı və Əhməd Şəfəqli uyğunlaşdırıb, illüstrasiyaları isə tatar rəssamı Rüstəm Həbibullin çəkib.

Topludakı şeirlər içində “Dan qızına”, “Bir isti söz…”, “Oyan, tatar!..”, “Ey Krım!”, “Təkər”, “Göy yasəmən”, “Qara yorğa at verin…”, “Payız” kimi örnəklər özəlliklə diqqət çəkir. Kitab həm gənclik romantizmini, həm milli özünüdərk çağırışlarını, həm də insan ruhunun incəliklərini poetik şəkildə birləşdirir.

Nəşr həm Azərbaycan–Tatarıstan ədəbi bağlarına, həm də ümumtürk mədəni inteqrasiyasına daha bir uğurlu töhfədir.

Tatar şairinin “İsti ürək, buzlu yol...” kitabı Bakıda işıq üzü görüb -  AZƏRTAC

# 84 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər