Tarixin ən yaxşı 10 albomu

Tarixin ən yaxşı 10 albomu
24 may 2024
# 11:00

"Apple Music" tarixin ən yaxşı 10 musiqi albomunun reytinqini dərc edib.

Kulis.az xəbər verir ki, siyahıda birinci yerdə Loren Hillin "The Miseducation of Lauryn Hill" albomu qərarlaşıb.

Ekspertlər hesab ediblər ki, onun müasir musiqiçilərə böyük təsiri olub.

İkinci yerdə Maykl Ceksonun 1982-ci ildə buraxılmış "Triller", üçüncü yerdə isə "Bitlz" qrupunun "Abbey Road" albomu qərarlaşıb. Dördüncü və beşinci yerləri isə "Prince & The Revolution"nın "Purple Rain" və Frank Ouşenin "Blonde" albomları tutub.

Altıncı yerdə Stiv Uonder və onun "Songs in the Key of Life" albomu, yeddinci yerdə reper Kendrik Lamarın "Good kid, m.A.A.d city" albomu gəlir.

Reytinqdə qalan üç yeri Emi Uaynhauzun "Back to Black", "Nirvana" qrupunun "Nevermind" və Beyonsun "Lemonade" albomları tutub.

# 445 dəfə oxunub

Müəllifin son yazıları

# # #