Tarixi Budda heykəli oğurlandı

Tarixi Budda heykəli  oğurlandı
26 sentyabr 2023
# 11:45

ABŞ-nin Los-Anceles şəhərindəki qalereyaların birində nümayiş etdirilən tarixi Budda heykəli oğurlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, heykəlin oğurlanma anı təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdə oğruların yük maşını ilə qalereyaya gələrək oranın həyətindəki heykəli yük maşınına yerləşdirdikləri görünür.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, oğurlanan heykəlin dəyəri 1,5 milyon dollardır.

# 830 dəfə oxunub

Müəllifin son yazıları

# # #