"Bad Bunny"nin San Xuandakı konsertləri adanın iqtisadiyyatını gücləndirərək Puerto-Rikonu dünya səhnəsində mədəniyyət mərkəzinə çevirib.
Kulis.az xəbər verir ki, ziyarətçilər yalnız konsert üçün deyil, həm də adanı kəşf etmək üçün gəlirlər.
Dünyanın ən çox dinlənilən sənətçilərindən biri olan "Reggaeton" ulduzunun biletləri üçün minlərlə insan günlərlə növbədə dayanıb və ya onlayn sıraya daxil olub.
Qeyd edək ki, bu konsert ölkəyə 200 milyon dollardan çox gəlir gətirib.