Tanınmış türkoloq vəfat etdi

Tanınmış türkoloq vəfat etdi
25 avqust 2022
# 15:40

Təbrizdə tanınmış türkoloq Hüseyn Düzgünün dəfn mərasimi keçirilib. O, Təbrizin "Vadi rəhmət" qəbristanlığında torpağa tapışırılıb.

Kulis.az xəbər verir ki, avqustun 25-i Təbriz vaxtilə saat 12:30. Bakı vaxtilə saat 13:00 radələrində tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) nəşi Tehrandan doğma şəhəri Təbrizə gətirilib.

Böyük alim "Vadi rəhmət" qəbristanlığının sənətçilər bölməsində torpağa tapışırılıb.

Alimin dəfn mərasiminə Tehran, Urmu, Zəngan, Ərdəbil və başqa şəhərlərdən çox sayda insanın qatılıb.

İnsanlar görkəmli alimin məzarı başında xorla "Azərbaycan" və "Ayrılıq" mahnılarını ifa ediblər.

Qeyd edək ki, 1945-ci ildə Təbrizdə dünyaya gələn və Tehranda yaşayan tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiq (Düzgün) avqustun 24-ü səhər saatlarında dünyasını dəyişib.

# 1497 dəfə oxunub

Müəllifin son yazıları

# # #