"İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Abdulkadir Özkan zəlzələdə vəfat edib".
Kulis.az xəbər verir ki, bu sözləri Anar Bürcəliyev sosial şəbəkə hesabında yazıb. O, Kahramanmaraşda baş verən zəlzələdə Abdulkadir Özkanın ailə üzvləri ilə birgə həlak olduğunu bildirib.
"Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq".