Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi
1 oktyabr 2026
# 15:30

"Zor", "Sen Gibi", "Mühürlü Kaderim" kimi hit mahnıları ilə tanınan məşhur türk müğənni Nev (Nevzat Doğansoy) xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, qaraciyər çatışmazlığı və çoxsaylı orqan çatışmazlığı səbəbindən süni tənəffüs aparatına qoşulan 57 yaşlı sənətçinin vəziyyəti ilə bağlı son məlumatı onun meneceri İlker Ercan açıqlayıb.

Məlumata görə, müğənni dörd gün əvvəl reanimasiya şöbəsindən çıxarılıb və hazırda xəstəxana şəraitində müalicəsini davam etdirir.

Nevzat Doğansoyun səhhətinin stabilləşməsindən dərhal sonra təcili şəkildə orqan köçürülməsi üçün donor axtarışına başlanacağı bildirilib.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər