Tanınmış müğənni Virciniya Vulfun məşhur essesi əsasında mahnı yazdı

Tanınmış müğənni Virciniya Vulfun məşhur essesi əsasında mahnı yazdı
27 noyabr 2026
# 11:48

Yaponiyanın məşhur müğənnisi Hikaru Utada “Intentions” adlı yeni mahnısını təqdim edib.

Kulis.az xəbər verir ki, mahnının prodüserliyini britaniyalı elektron musiqiçi “Floating Points” həyata keçirib.

Utada yeni əsər üçün Virciniya Vulfun “Özünə məxsus otaq” essesindən ilhamlandığını bildirib. Mahnı qadın sənətkarların yaradıcılıqla məşğul olmaq üçün ehtiyac duyduqları şəxsi məkan, müstəqillik və maddi imkanlar haqqında düşüncələr üzərində qurulub.

Bu əməkdaşlıq Utada ilə “Floating Points”un əvvəlki musiqi təcrübəsini davam etdirir. İfaçılar daha əvvəl “Somewhere Near Marseilles” mahnısı üzərində birgə çalışmışdılar. “Intentions” həm musiqi, həm də ideya baxımından Utadanın son dövr işləri arasında seçilir: burada şəxsi azadlıq, yaradıcılıq və qadınların sənət dünyasındakı mövqeyi elektron musiqinin müasir səslənməsi ilə birləşir.

# 252 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər