Tanınmış müğənni ilə bəstəkar arasında mahnı qalmaqalı

Tanınmış müğənni ilə bəstəkar arasında mahnı qalmaqalı
18 oktyabr 2024
# 17:50

“Tanınmış müğənni Çinarə Məliyin ifa etdiyi “Mən özüm gedərəm” mahnısı mənim mahnımın plagiatıdır. Sözləri də bənzəyir, melodiyası da. Dost olduğu üçün bir söz deyə bilmirik. Müğənnilər var, yanıma gəlir, yalvarır, mahnı ver, tanınsın, yazıram, verirəm, trendə düşür, efirə çıxır adımı çəkmir”.

Kulis.az xəbər verir ki, bu fikirləri müğənni-bəstəkar, meyxanaçı Tural Hüseynov səsləndirib.

“Canana mahnı yazmışam, mahnımla efirə çıxıb, mahnının adını çəkir, bəstəkarın adını çəkmir, niyə? Haqqıma niyə girirsiniz?

Mahnının sahibi mənəm, əlbəttə, adımı çəkməlisiniz. Ortalıqda gəzən müğənnilərə isə demək istəyirəm, çox ortada gəzməsinlər, ayaq altda qalarlar.

Öz musiqilərimiz qalıb qıraqda, gedib özbək musiqilərini alırlar. Əvvəllər İran mahnılarına dadanmışdılar, indi də özbəklərə. Böyük işlər görmək lazımdır ki, illərlə yaddaşda qala bilək”. Lent.az

# 817 dəfə oxunub

Müəllifin son yazıları

# # #