Tanınmış müğənni azadlığa çıxdı

Tanınmış müğənni azadlığa çıxdı
4 noyabr 2023
# 17:40

Tanınmış türkiyəli müğənni Banu Parlak azadlığa çıxıb.

Kulis.az xəbər verir ki, İstanbul Hava Limanının girişindəki kooperativ fırıldaqçılığı ittihamı ilə saxlanılan müğənni ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

B.Parlak hadisə ilə bağlı sosial media hesabından yazıb:

"Haqqımda yazılan xəbərləri heyrətlə izləyirəm. Həbs və ya saxlanma yoxdur. İfadəmi verdim və evə gedirəm." .

Qeyd edək ki, ifaçı "Narin yarım" və "Yana-yana" kimi mahnıları ilə tanınıb.

# 876 dəfə oxunub

Müəllifin son yazıları

# # #