Tanınmış model keçmiş sevgililəri ilə çəkdirdiyi şəkilləri satır

Tanınmış model keçmiş sevgililəri ilə çəkdirdiyi şəkilləri satır
26 fevral 2024
# 18:40

Məşhur model Peti Boyd, keçmiş sevgililəri gitaraçı Erik Klepton və Corc Harrison ilə çəkdirdiyi şəkilləri və məktubları hərracda satacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, 80 yaşlı model illərdir saxladığı məktubların insanlara zövq verəcəyini düşündüyünü deyib:

"Bu məktubları illərdir saxlayıram. Düşünürəm ki, onları niyə də satmayım. Məncə, insanlar bu məktubları oxuyub xeyli zövq ala bilərlər".

Qeyd edək ki, Boyd əşyaları satmazdan əvvəl Kleptondan icazə aldığını açıqlayıb.

# 549 dəfə oxunub

Müəllifin son yazıları

# # #