Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi
25 sentyabr 2026
# 14:00

2025-ci ilin dekabrında ürəktutması nəticəsində vəfat etdiyi bildirilən 72 yaşlı tanınmış katalon memar Jozep Xuanperenin ölümü ilə bağlı 9 ay sonra gözlənilməz dönüş baş verib.

Kulis.az xəbər verir ki, Kataloniya polisi memarın ölümündə şübhəli bilinən həyat yoldaşını Madriddə həbs edib.

Maraqlı məqam budur ki, hadisə günü nəşi tapan və iş üzrə əsas şahid sayılan Xuanperenin qardaşı oğlu hazırda xəstəxanada komadadır.

Qeyd edək ki, meyitdə hər hansı zorakılıq izi tapılmasa da, məhkəmə iş üzrə məxfi istintaqı davam etdirir.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər