Tanınmış iranlı reper etirazlara görə ölümlə hədələnir

Tanınmış iranlı reper etirazlara görə ölümlə hədələnir
28 noyabr 2022
# 14:00

Tanınmış iranlı reper 32 yaşlı Tumac Saleh İrandakı etirazlara dəstək verdiyi üçün ölüm cəzası ilə hədələnib.

Kulis.az xəbər verir ki, “CBC News”in məlumatına görə, Tumac Salehi ölüm cəzası gözləyir.

Sənətçi oktyabr ayında İran hakimiyyətini tənqid etdikdən və 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı nümayişləri açıq şəkildə dəstəklədikdən sonra həbs edilib.

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “korrupsiyada” ittiham edib. Qeyd edək ki, İranda bu ittihamların irəli sürüldüyü şəxslər sonradan ölüm və edamla cəzalandırılır. Reperə özünü müdafiə etmək üçün şəxsi vəkil tutmaq da qadağan edilib.

# 1347 dəfə oxunub

Müəllifin son yazıları

# # #