Beş dəfə "Oskar" mükafatına namizəd göstərilən, tanınmış britaniyalı bəstəkar Corc Fenton 76 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, yarım əsrdən çox davam edən yaradıcılıq yolunda o, "Ghandi", "Dangerous Liaisons", "Groundhog Day" kimi məşhur kinolayihələrin, eləcə də rejissor Ken Louçun filmlərinin musiqilərini bəstələyib.
Televiziya sahəsində Devid Attenboronun "The Blue Planet" və "Planet Earth" kimi məşhur təbiət sənədli filmlərinə bəstələdiyi musiqilərlə böyük şöhrət qazanan Fenton karyerası boyunca iki "Emmy", üç "BAFTA" və beş "Ivor Novello" mükafatına layiq görülüb.
Qeyd edək ki, musiqiyə verdiyi töhfələrə görə o, Britaniya İmperiyası Ordeni ilə təltif olunmuşdu.