Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu
17 oktyabr 2024
# 16:19

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları ilə bağlıdır. Belə ki, jurnalist müəyyən müddət keçməsinə baxmayaraq, vergiləri ödəməyib.

Buna görə də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Dövlət qurumu məhkəməyə müraciətində İdris Heydərlinin borcu ödəmədiyi təqdirdə Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edir.

Qeyd edək ki, İdris Heydərli 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Dönəmin ən məşhur proqramı olan “Ev sizin sirr bizim” verilişin rəhbəri və aparıcısı olub. 2002-ci ildə yenidən televiziyaya dönüb və Space TV - də redaktor, aparıcı vəzifələrini daşıyıb. Həmin vaxtlar məşhur proqram “Ay, ev yiyəsinin” müəllif və aparıcısı, “Gizli və aşkar Azərbaycan” proqramının müəllifi olub. 2006-cı ildə bu kanaldan AzTv-yə redaktor olaraq geri dönüb. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən "İnter Azərbaycan" (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer alıb.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq. Lent.az

# 715 dəfə oxunub

Müəllifin son yazıları

# # #