Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
28 avqust 2026
# 12:45

1980-ci illərdən etibarən populyar mədəniyyətə və bütöv bir nəslin uşaqlığına damğa vuran məşhur kanadalı səsləndirmə aktyoru Piter Kallen 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun ailəsinin əhatəsində dünyasını dəyişdiyi bildirilib.

1941-ci ildə Monrealda anadan olan Kallen karyerasına Kanadada radioda başlayıb,

1980-ci illərdən etibarən isə animasiya dünyasının ən tələb olunan səslərindən birinə çevrilib.

O, "Şirinlər" (The Smurfs), "Skubi-Du" (Scooby-Doo), "Hörümçək adam" (Spider-Man), "Voltron", "Kroşka Yeno" və "Ördək hekayələri" (DuckTales) kimi klassik animasiya seriallarında müxtəlif obrazları səsləndirib.

Piter Kallenin vizit kartına çevrilən ən böyük rolu isə "Transformers" franşizasındakı Avtobotların lideri Optimus Praym obrazı olub.

Sənətçi 1980-ci illərin cizgi seriallarından başlayaraq, Maykl Beyin rejissorluğu ilə çekilən bədii filmlər də daxil olmaqla, 2023-cü il istehsalı "Transformers: Rise of the Beasts" ekran işinə qədər bu obraza səs verib.

Aktyor xarakterik bariton səsi ilə canlandırdığı Optimus Praym obrazını yaradarkən Vyetnam müharibəsində iştirak etmiş qardaşı Laridən təsirləndiyini qeyd etmişdi.

1980-ci illərdən etibarən populyar mədəniyyətə və bütöv bir nəslin uşaqlığına damğa vuran məşhur kanadalı səsləndirmə aktyoru Piter Kallen 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun ailəsinin əhatəsində dünyasını dəyişdiyi bildirilib.

1941-ci ildə Monrealda anadan olan Kallen karyerasına Kanadada radioda başlayıb, 1980-ci illərdən etibarən isə animasiya dünyasının ən tələb olunan səslərindən birinə çevrilib.

O, "Şirinlər" (The Smurfs), "Skubi-Du" (Scooby-Doo), "Hörümçək adam" (Spider-Man), "Voltron", "Kroşka Yeno" və "Ördək hekayələri" (DuckTales) kimi klassik animasiya seriallarında müxtəlif obrazları səsləndirib.

Piter Kallenin vizit kartına çevrilən ən böyük rolu isə "Transformers" franşizasındakı Avtobotların lideri Optimus Praym obrazı olub.

Sənətçi 1980-ci illərin cizgi seriallarından başlayaraq, Maykl Beyin rejissorluğu ilə çekilən bədii filmlər də daxil olmaqla, 2023-cü il istehsalı "Transformers: Rise of the Beasts" ekran işinə qədər bu obraza səs verib.

Aktyor xarakterik bariton səsi ilə canlandırdığı Optimus Praym obrazını yaradarkən Vyetnam müharibəsində iştirak etmiş qardaşı Laridən təsirləndiyini qeyd etmişdi.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər