"Taleyin ironiyası" filminin Amerika versiyası çəkildi

"Taleyin ironiyası" filminin Amerika versiyası çəkildi
18 avqust 2022
# 17:40

MGM studiyası Eldar Ryazanovun “Taleyin ironiyası, yaxud həmişə təmizlikdə” tragikomediyasının Amerika remeyki olan About Fate (Tale haqqında) filminin treylerini buraxıb.

Kulis.az xəbər verir ki, çarx studiyanın yutub kanalında yerləşdirilib.

Komediyanı “Böyük şəhərdə məhəbbət” və “Yüngül təbiətli nənə” filmləri ilə tanınan rejissor Maryus Vaysberq ekranlaşdırıb. Süjetin mərkəzində iki yad insanın görüşü dayanır. Cavan oğlan sevgilisinə evlilik təklif etməyə hazırlaşır, qız isə bacısının toyu ərəfəsində tək qalır. Təsadüfən onlar eyni mənzildə görüşür və bir-birlərinə aşiq olurlar.

Filmdə rolları Emma Roberts, Tomas Mann, Harret Hedlunq, Britt Robertson ifa ediblər.

Ekran əsəri ABŞ-da sentyabrın 9-da prokata çıxarılacaq.

# 1025 dəfə oxunub

Müəllifin son yazıları

# # #