“Tacik Kinosu Günləri”nin açılış mərasimi oldu

“Tacik Kinosu Günləri”nin  açılış mərasimi oldu
21 may 2024
# 09:24

Mayın 19-dan 23-dək Bakıda və Gəncədə Tacikistan Mədəniyyət Günləri keçirilir.

Kulis.az xəbər verir ki, bu mədəni tədbir çərçivəsində “Nizami” Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi baş tutub.

Sonra “Rüstəm və Sohrab” filmi nümayiş etdirilib.

Filmin süjeti, cəngavər Rüstəmin qəhrəmanlığı və şücaəti, gözəl Təhminəyə olan sevgisi, Rüstəmin oğlu ilə çoxdan gözlənilən görüşü, habelə xəbis və məkrli Kavus şahın xəyanəti haqqında əfsanələrə əsaslanır.

# 468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #