Şvartseneqqer məhkəməyə verildi

Şvartseneqqer məhkəməyə verildi
4 noyabr 2023
# 13:40

Aktyor Arnold Şvartseneqqer fevral ayında baş verən yol qəzasından sonra məhkəməyə verilib.

Kulis.az TMZ-yə istinadən xəbər verir ki, Şvartseneqqerin vurduğu velosipedçi qadın ona qarşı iddia qaldırıb.

O, qəzada aktyorun günahkar olduğunu deyib. Qadının sözlərinə görə, hadisə zamanı Şvartseneqqer avtomobili çox sürətlə idarə edib.

Qeyd edək ki, polis sözügedən qəzaya görə aktyoru günahkar hesab etməyərək azadlığa buraxmışdı.

# 501 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #