Şvartseneqqer ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək

Şvartseneqqer ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
16 iyun 2023
# 11:13

"Qanun icazə versə, mən ABŞ prezidentliyinə namizədliyimi irəli sürmək istərdim".

Kulis.az xəbər verir ki, bunu aktyor Arnold Şvartseneqqer “People” jurnalının müsahibəsində deyib.

“Mən bu seçkilərdə qalib gələ biləcəyimə çox əminəm. Kaliforniya qubernatorluğuna namizədliyimi irəli sürdüyüm vaxtlarda əldə etdiyim qələbə kimi bunda da uğur qazana bilərəm”, - deyə aktyor bildirib.

2021-ci ildə Şvartseneqqer tərəfdarlarının Kapitoliyə hücumundan sonra Donald Trampın ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcəyini deyib və onun seçkinin nəticələrinə etiraz etmək istəyini boş adlandırıb.

Qeyd edək ki, Şvartseneqqer Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə namizəd ola bilməz. ABŞ konstitusiyasına görə, prezidentliyə namizəd ölkədə anadan olmalıdır.

Xatırladaq ki, Şvartseneqqer 1968-ci ildə ABŞ-yə köçüb və 1983-cü ildə bu ölkənin vətəndaşı olub. 2003-2011-ci illərdə isə Kaliforniyanın 38-ci qubernatoru olub.

# 818 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #