“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də

“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
23 yanvar 2023
# 15:50

Bir sıra aparıcı dünya xəbər portalları Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayınına başlayıb.

Kulis.az xəbər verir ki, sözügedən sənədli çarxı yayınlayanlar arasında Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com” Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının facebook səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri yer alıb.

Qeyd edək ki, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #