“Şuşa ili”nə həsr olunmuş sərgi keçirildi

“Şuşa ili”nə həsr olunmuş sərgi keçirildi
18 aprel 2022
# 19:00

“IB Club” Gənclərin İnkişaf Mərkəzi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 15 aprel - Ümumdünya Mədəniyyət Günündə “Şuşa” ilinə həsr olunan rəsm sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə bir çox dövlət rəsmiləri, media nümayəndələri və xüsusi qonaqlar iştirak ediblər. IB Club Gənclərin İnkişaf Mərkəzinin direktoru Ümid Orucov və “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının rəhbəri İlahə Əlizadə çıxış edərək təşkilatlarının fəaliyyət sferası haqqında məlumat veriblər. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda Tahirli və Şəhid Rəcəb Məmmədovun valideyni çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşüblər. Eyni zamanda, ümumdünya mədəniyyətində Azərbaycanın rolundan, sivilizasiyadan, Vətən Müharibəsində qazanılan parlaq qələbədən və Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən söz açılıb.

“Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun müşayiəti ilə IB Club üzvlərinin, ASAN Könüllülərinin rəsm əsərləri nümayiş etdirilib. Rəssamlar əsərləri haqqında qonaqlara ətraflı məlumat veriblər.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #