"Şuşa ili" nə həsr olunmuş konsert təşkil olundu

"Şuşa ili" nə həsr olunmuş konsert təşkil olundu
4 iyun 2022
# 15:18

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında “Şuşa İli”nə həsr olunmuş Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçirilib.


Kulis.az xəbər verir ki, konsertdə Əməkdar artistlər Töhfə Babayeva (skripka), Səbinə İbrahimova (violonçel) və Elnarə Keberlinskayadan (fortepiano) ibarət trio Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət maraqlı və zəngin proqram təqdim ediblər.


Konsert çərçivəsində Gülbəniz Abdullayevanın “Dağlara çən gələndə” Azərbaycan xalq mahnısı əsasında yazdığı yeni bəstəsinin təqdimatı olub.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #