Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək
18 sentyabr 2026
# 19:00

"Borusan Çağdaş Sənət Koleksiyası"nın eksponatları əsasında hazırlanan "Pərili" adlı yeni sərgi rəqəmsal texnologiyaların, alqoritmlərin və süni intellektin vizual qavrayışımıza təsirini araşdırır.

Kulis.az xəbər verir ki, Dr. Kumru Erenin kuratorluğu ilə ərsəyə gələn ekspozisiya 2026-cı il sentyabrın 19-dan 2027-ci il avqustun 15-dək İstanbuldakı tarixi "Perili Köşk"də keçiriləcək.

Sərgidə Rafael Lozano-Hemmer, Memo Akten, teamLab, Quayola, Zimoun, DRIFT, Marko Brambilla, Daniel Canogar və Kemal Önsoy kimi tanınmış fırça və media ustalarının əsərləri yer alıb.

T.S. Eliotun poeziyası və Jak Derridanın "hantologiya" konseptindən ilhamlanan layihə texnologiyanı sadəcə bir vasitə kimi deyil, insanın dəyişən mövqeyi və görünməz sistemlərin gündəlik həyata təsiri kimi təqdim edir.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər