"Su və rəng ahəngi 2022” adlı akvarel sərgi açılacaq

"Su və rəng ahəngi 2022” adlı akvarel sərgi açılacaq
22 noyabr 2022
# 17:40

Dekabrın 3-də Xətai Sənət Mərkəzində ənənəvi "Su və rəng ahəngi 2022” adlı akvarel sərgi açılacaq.

Kulis.az xəbər verir ki, dekabrın 6-dək davam edəcək sərgidə 76 rəssamın 100 sənət əsəri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Dövlət Rəsm Qalereyası dəstəyi, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə akvarel janrının inkişafına dəstək və bu texnika ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə elan olunub.

# 1068 dəfə oxunub

Müəllifin son yazıları

# # #