Ssenaristlərin tətili ilə bağlı maliyyə itkiləri hesablandı

Ssenaristlərin tətili ilə bağlı maliyyə itkiləri hesablandı
16 may 2023
# 16:20

ABŞ-də may ayında başlayan ssenaristlərin tətili ilə bağlı maliyyə itkilərini hesablanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Yazıçılar Birliyinin (WGA) bəyanatında qeyd olunub.

WGA-nın məlumatına görə, davam edən tətil Kaliforniya iqtisadiyyatına gündə 30 milyon dollara başa gəlib. Bu nəticə 2007-ci ildə baş vermiş analoji hadisə əsasında çıxarılıb. Həmin vaxtdan sonra tətil ştat iqtisadiyyatına təxminən 2,1 milyard dollar ziyan vurub.

Qeyd edək ki, mayın əvvəlində Hollivud yazıçıları maaşların aşağı olması səbəbindən son 15 ilin ən böyük tətilini təşkil etmək qərarına gəliblər.

# 1016 dəfə oxunub

Müəllifin son yazıları

# # #