Ssenarilərin qəbulu üçün son 30 gün - "Arxa cəbhənin qəhrəmanları"

Ssenarilərin qəbulu üçün son 30 gün - "Arxa cəbhənin qəhrəmanları"
1 aprel 2024
# 12:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi "Arxa cəbhənin qəhrəmanları" qısametrajlı bədii film ssenarisi müsabiqəsinin ssenarilər qəbulunun yekunlaşmasına 30 gün qalıb.

Kulis.az xəbər verir ki, müsabiqədə iştirak üçün qısametrajlı bədii filmin ssenarisi, heç bir janr məhdudiyyəti olmadan, 52 dəqiqəni keçməmək şərtilə (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda [email protected] email ünvanın “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Bir müəllif maksimum üç ədəd ssenari təqdim edə bilər.

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 30
Son müraciət tarixi: 1 may 2024-cü il
I tura keçid almış ssenarilər 1 iyul 2024-cü il tarixində elan olunacaq.
Qalib ssenarilər 2 avqust 2024-cü il tarixində elan olunacaq.
Mükafatlar:

I yer - 2000 AZN

II yer - 1500 AZN

III yer - 1000 AZN

Ətraflı məlumat üçün 012 (493-65-86) telefon nömrəsi ilə həftəiçi saat 14:00-dan 17:00-a qədər zəng edib məlumat ala bilərsiniz.

# 763 dəfə oxunub

Müəllifin son yazıları

# # #