Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenarisi müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.
APA xəbər verir ki, müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.
İkinci yerin qalibi Türkan Hüseyn – "Axırıncı palata", üçüncü yer isə Nicat Dadaşov – "Zirzəmi" ssenarisi olub.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib.