Ssenari müsabiqəsi elan olunur - Şərtlər

Ssenari müsabiqəsi elan olunur - Şərtlər
8 may 2024
# 12:30

Azərbaycan Kino Mərkəzi 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, müsabiqəyə müharibə mövzusunda olan ssenarilərinizi, həmçinin sinopsis və ya tretmanlarınızı təqdim edə bilərsiniz.

Təqdim edilən ssenarilər COURİER NEW şrifti ilə yazılmalı, şriftin ölçüsü 12 olmalıdır.

Müsabiqəyə qatılmaq üçün ssenarilərinizi (tretman və sinopsis) müəllif haqqında məlumat ilə (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə [email protected] e-mail adresinə “Ssenari müsabiqəsi” başlığı ilə göndərə bilərsiniz.

Bir iştirakçı müsabiqəyə istənilən sayda ssenari, həmçinin sinopsis və ya tretman təqdim edə bilər.

SON MÜRACİƏT TARİXİ: 30 İyun 2024-cü il.

Ətraflı məlumat üçün 050 (371-55-37) telefon nömrəsinə zəng edib məlumat ala bilərsiniz.

# 278 dəfə oxunub

Müəllifin son yazıları

# # #