"Sözün azadı" kitabının təqdimatı keçirildi

"Sözün azadı" kitabının təqdimatı keçirildi
19 dekabr 2023
# 17:10

Vaqif Osmanlının “Sözün azadı” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, kitab yazıçı Azad Qaradərəlinin yaradıcılığına həsr olunub.

Təqdimatı giriş sözü ilə toplunun naşiri, "BİZ klub"un rəhbəri, gənc yazıçı Nemət Mətin açıb:

”Kitaba ön söz yazan professor İsmayıl Kazımovun sözü ilə desək, “Azad Qaradərəli ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda tanınan yazıçılarımızdandır. Müəllif Vaqif müəllim bu tanınmış nasirin bütün yaradıcılığını təhlil süzgəcindən keçirmiş, hekayə və romanlarını, hətta elmi-publissistik yaradıcılığını belə incələmişdir.”

Tədbir iştirakçılarından pedoqoji elmlər üzrə fəlsəfə doktoru Adil Həsənoğlu, şair Avdı Qoşqar, rəssam Sehran Allahverdi, şair Rəfail Tağızadə, jurnalist-pedoqoq Tamilla Həmidqızı, şair-publissist, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, qazi-şair Bəhruz Məmmədov, tanınmış cərrah Nicat Vəliyev, A.Qaradərəlinin oxucusu Behbud Behbudov, kitabın redaktoru, Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkan Mehdiyeva və başqaları çıxış edərək Azad Qaradərəli yaradıcılığının, habelə bu yaradıcılığa işıq tutan Vaqif Osmanlı qələminin məziyyətlərindən söz açıblar.

Sonda Azad Qaradərəli və kitabın müəllifi Vaqif Osmanlı çıxış edərək oxucuları maraqlandıran suallara cavab veriblər.

Qeyd edək ki, kitab yazıçı Azad Qaradərəlinin qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə nəşr olunub.

# 853 dəfə oxunub

Müəllifin son yazıları

# # #