"Şort geyindiyimə görə, məni Şəhidlər Xiyabanına buraxmadılar"
Kulis.az xəbər verir ki, bu sözləri türkiyəli fenomen Kərimcan Durmaz deyib.
Məşhur iddia edir ki, onu şort geyindiyinə görə Xiyabana buraxmayıblar.
Ancaq yayılan videoda aydın görünür ki, mühafizəçi ona geyiminə görə yox, çəkilişə görə mane olur və Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı olduğunu deyir.
Qeyd edək ki, sözügedən qurum hələlik sorğumuza cavab verməyib.
Video: https://t.me/kulis_az/12319
"Şort geyindiyimə görə Şəhidlər Xiyabanına buraxmadılar" - İDDİA
